Fransa Prezidentinin arvadından "bikinili qisas" - FOTO
Bizi izləyin

Dünya

Fransa Prezidentinin arvadından "bikinili qisas" - FOTO

Ollandın xəyatənini üzə çıxaran "Klozer" jurnalı bu dəfə keçmiş "first lady"nin istirahətdə ikən çəkilən yeni bikinili şəkillərini üz qapağına çıxarıb

Fransa prezidenti Fransua Ollandın aktrisa Juli Qaye ilə aldatdığı arvadı Valeri Trierveiler Moris adasında dincəlməyə gedib.

Anspress-in xarici mətbuata istinadən məlumatına görə, Ollandın xəyanətini üzə çıxaran "Klozer" jurnalı bu dəfə keçmiş "first lady"nin istirahətdə ikən çəkilən yeni bikinili şəkillərini üz qabığına çıxarıb.

Fransua Olland Trierveiler ilə birlikdə getməsi nəzərdə tutulan ABŞ ziyarətinə tək başına hazırlaşarkən, Trierveiler isə varlıların tətil məkanı olaraq tanınan Moris adasında dincəlir.

"Klozer"in xəbərinə görə, Trierveiler tətilini Fransanın əmək naziri Mişel Sapinin həyat yoldaşı və aktyor Jerard Juqnotnun sevgilisi ilə keçirir.

Qalmaqalı ortaya çıxaran jurnal tətil zamanı Trierveilerin bikinili şəkillərini çəkərək "günəş altında qisasa hazırlaşır" başlığı ilə yayımlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm