Nobel mükafatçısından Qəzzaya böyük yardım
Bizi izləyin

Dünya

Nobel mükafatçısından Qəzzaya böyük yardım

Nobel Sülh Mükafatının sahibi pakistanlı gənc fəal Malala Yusufzay Qəzzaya 50 min dollar bağışlayıb.

Axar.az xəbər verir ki, İsveçdə keçirilən mərasimdə çıxış edən Yusufzay bu pulun BMT Fələstinli Qaçqınlara Yardım Təşkilatı vasitəsilə Qəzzadakı 65 məktəbin təmiri üçün istifadə olunacağını deyib.

“Dünya Uşaqları Mükafatından aldığım pul mükafatının hamısının şagirdlərə və məktəblərə sərf olunacağını açıqlamaqdan qürur duyuram”, - Malala Yusufzay deyib.

Qeyd edək ki, Malala Yusufzay hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylaş Satyarti ilə birlikdə 2014-cü il Nobel Sülh Mükafatına layiq görülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm