Dəvə qripinə yoluxanların sayı artır
Bizi izləyin

Dünya

Dəvə qripinə yoluxanların sayı artır

Səudiyyə Ərəbistanında ən təhlükəli koronoviruslardan hesab edilən Mers virusuna daha 6 nəfər yoluxub.

Publika.az-ın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Mers-CoV (dəvə qripi) adlanan virusa yoluxanların sayı artmaqdadır.

Yalnız oktyabr ayında 32 nəfər bu virusa yoluxub. Ölkənin Səhiyyə Nazirliyi rəsmilərinin məlumatına görə, dezinfeksiya işlərinin aparıldığı Taif bölgəsində belə virusun yayılma təhlükəsi var.

Nazirlik rəsmiləri həmçinin tibb işçilərinin də virusa yoluxma təhlükəsinin olduğunu deyib.

Koronovirus ilk dəfə Səudiyyə Ərəbistanda 2012-ci ildə qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, virus qurbanların sayı 107 nəfəri keçib, ümumilikdə virusdan ölənlərin sayı 361 nəfərdən çoxdur.

Virus Səudiyyə Ərəbistanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt,Misir, Fransa, Almaniya, Yunanıstan, İtaliya, ABŞ-da da yayılıb. Səudiyyə Ərəbistanda bu vaxta qədər virusa yoluxanların sayı 414 nəfərdən çoxdur.

Bu xəstəlik XXI əsrin ən təhlükəli viruslarından hesab edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm