Dünya
Stüardessa prezident oldu
Keçmiş təyyarə bələdçisi Asiyanın ən böyük hava yollarından biri olan Japan Airlines-ın (JAL) ilk qadın prezidenti olub.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Mitsuko Tottori 1985-ci ildə JAL-da stüardessa kimi işə düzəlib və yüksək səviyyəli icraçı direktor vəzifəsinə qədər yüksəlib.
“Şirkətdə karyera yüksəlişində çətinlik çəkən qadın işçilər var. Ümid edirəm ki, mənim prezident təyin olunmağım onları ruhlandıra və ya növbəti addımı atmaq üçün cəsarət verə bilər”, - deyə Tottori mətbuat konfransında bildirib.
Nəşrin yazdığına görə bu təyinat Yaponiya şirkətlərinə gender müxtəlifliyini artırmaq üçün artan təzyiqlər fonunda baş verib. JAL, qadınların 2026-cı ilə qədər qrup üzrə idarə heyətinin 30 faizini təşkil etməsini qarşısına məqsəd qoyub. 2023-cü ilin mart ayının sonuna müvafiq göstərici 22,8 faiz təşkil edib.
Cəmilə
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO