Tələbə meyit ilə şəkil çəkdirərək “İnstagramda” yerləşdirdi - Foto
Bizi izləyin

Dünya

Tələbə meyit ilə şəkil çəkdirərək “İnstagramda” yerləşdirdi - Foto

Tələbə meyit ilə şəkil çəkdirərək “İnstagramda” yerləşdirdi

ABŞ-ın Alabama ştatından olan tələbə universitetlərin birində meyit ilə çəkdirdiyi şəkili öz “İnstagram” səhifəsində paylaşıb.

Şəkildən də aydın görsənir ki, Alabama Universiteti tərəfindən şagirdlərə hazırlanmış anatomik donor proqramına təşrif buyuran adı açıqlanmayan tələbələrdən biri təbəssümlə mələfə ilə örtülmüş cəsədin qarşısında durub.

Mobil telefonların içəri keçirilməsinə qadağa qoyulmasına baxmayaraq şəkil əvvəlcə “İnstagram” səhifəsində yerləşdirildikdən sonra silinib lakin bu barədə sinif yoldaşları tərəfindən məktəb müdiriyyətinə xəbər verilib.

Universitet nümayəndəliyi qeyd edir: “Nə telefon, nə də şəkil çəkilməsinə icazə verilir və cəsədlərin üstü örtülü olur.

Tələbə bu qaydalardan xəbərdar idi və onları kobudcasına pozub. Bu hörmətsizlik qəbuledilməz və məyusedicidir.

Növbəti dəfə belə halların baş verməsinin qarşısının alınması üçün hadisələrin gedişatını nəzərdən keçirdəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm