Türkiyədə təlaşa səbəb olan zərfdən təbaşir çıxdı
Bizi izləyin

Dünya

Türkiyədə təlaşa səbəb olan zərfdən təbaşir çıxdı

Türkiyə XİN-də və Ankaradakı Norveç səfirliyində təlaşa səbəb olan şübhəli zərflər heç bir təhlükə kəsb etmir.

Axar.az bildirir ki, Türkiyə Səhiyyə Nazirliyindən verilən bəyanatda belə deyilir.

Qeyd edək ki, bu günlərdə İstanbuldakı Belçika, Macarıstan, Almaniya, Kanada baş konsulluqları və Ankaradakı şəhər məhkəməsi əməkdaşları poçt vasitəsilə içərisində sarı rəngli toz olan zərf alıblar. Dərhal əməkdaşları təxliyyə ediblər, məkan dezinfeksiya olunub. 30 nəfərə yaxın insan yerli xəstəxanalarda karantin altına alınıb.

Toz nümunələrinin laborator analizi onlarda heç bir təhlükəli maddənin olmadığını göstərib. Səhiyyə nazirinin müavini Eyyub Gümüş bildirib ki, toz adi təbaşir imiş. Diplomatik missiyanın bütün əməkdaşları evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm