Rusiyanın yeni düşməni: irqçilik və neonasizm
Bizi izləyin

Dünya

Rusiyanın yeni düşməni: irqçilik və neonasizm

Rusiyada radikal millətçilərin hücumları nəticəsində bir ildə Rusiyada 19 insan ölüb, 93-ü isə yaralanıb.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Sova” Analitik Mərkəzindən bildirilib.

Təşkilatın məlumatına görə, irqçilər və neonasistlərin hücumları ölkənin 24 regionunda qeydə alınıb. Yalnız bu ayda irqçilər və neoanasistlərin hücumları nəticəsində ən azı 11 insan zərər çəkib, onlardan dördü öldürülüb. “Sova”nın informasiyasına əsasən, ultrasağların əsas qurbanları Mərkəzi Asiya və Qafqaz sakinləri, həmçinin seksual azlıqların nümayəndələri olur.

“Sova” Analitik Mərkəzi qeyd edir ki, Moskva və Sankt-Peterburq şəhərləri ksenofobiya hücumlarının sayına görə Rusiyanın regionlarının arasında liderdir.

Rusiyada keçirilən sosioloji sorğular da ksenofobiyanın hansı səviyyədə olduğunu göstərir. “Levada” mərkəzinin keçirdiyi sorğuda respondentlərin 61,5 faizi şəhərlərində yaşayan Qafqaz və Mərkəzi Asiya əsilli şəxslərə mənfi yanaşdıqlarını bildiriblər. Rəyi soruşulanların 71 faizi bu və ya digər dərəcədə “Qafqazı yedirtmək yetər!” şüarını bölüşür, 78 faizi isə miqrant axınının məhdudlaşdırılmasının tərəfdarıdır. Respondentlərin 66 faizi “Rusiya ruslar üçündür” ideyasının tərəfdarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm