Kataloniya İspaniyanı məhkəməyə verir
Bizi izləyin

Dünya

Kataloniya İspaniyanı məhkəməyə verir

İspaniyanın Kataloniya muxtar qurumunda referendum 9 noyabrda səsvermə formasında keçirilməyəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Kataloniyanın başçısı Artur Mas referendumun sorğu formasında, əhali ilə xüsusi konsultasiya şəklində keçiriləcəyini bildirib.

Referenduma çıxarılacaq sual əvvəlki kimi qalacaq: “Siz istəyirsinizmi ki, Kataloniya müstəqil dövlət olsun?" İspaniya hökuməti bu sorğunu qanunsuz hesab edir. Mətbuat konfransı təşkil edən Kataloniya başçısı bildirib ki, rəsmi Madriddə siyasi təzyiq üçün heç bir vasitə yoxdur. O, qeyd edib ki, Kataloniya "sui-istifadəyə görə" İspaniyanı məhkəməyə verə bilər.

Kataloniya hökumətinin ictimai rəyin öyrənilməsi mərkəzi tərəfindən keçirilmiş son sorğuya əsasən muxtariyyət sakinlərinin 49,36 faizi müstəqilliyinə səs verməyə hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm