Haaqa tribunalı Yanukoviçlə bağlı işə başladı
Bizi izləyin

Dünya

Haaqa tribunalı Yanukoviçlə bağlı işə başladı

Haaqa tribunalının nümayəndələri sabiq prezident Viktor Yanukoviçin cinayət işi üzrə yaxın iki ay ərzində Ukraynaya gələcəklər.

Publika.az-ın “RBK-Ukarayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokurorunun müavini Aleksey Baqanes bildirib.

A.Baqanes qeyd edib ki, Haaqa tribunalının prokuroru Ukrayna hakimiyyətinin müraciəti əsasında bu ölkədə vəziyyətin ilkin öyrənməsi proseduruna başlayıb: “Roma nizamnaməsinin tələblərinə uyğun olaraq beynəlxalq cinayət məhkəməsinin prokurorunun özü sübutları toplaya bilmir. Buna görə də prokurorun ofisi 2013-cü il 21 noyabrından 22 fevral 2014-cü ilə qədər baş verən hadisələrlə bağlı sübutedici bazanı vermək xahişi ilə Ukraynaya müraciət edib. Sübutedici bazanı sentyabrda hazırladıq və beynəlxalq cinayət məhkəməsinə diplomatik kanallarla çatdırdıq”.

O vurğulayıb ki, V.Yanukoviçin məsuliyyətə cəlb edilməsinin perspektivləri haqqında danışmaq hələ tezdir: “Beynəlxalq cinayət məhkəməsinin Ukrayna prosedural cinayət kodeksində nəzərdə tutulanlardan əlavə öz proseduru var”.

Xatırladaq ki, oktyabrın 31-də keçmiş prezidentin Ukraynada cinayət məsuliyyətinə qiyabi cəlb edilməsinə icazə verən qanun qəbul olunub.

Ukraynanın sabiq prezidenti çirkli pulların yuyulması və terror təşkilatının yaradılmasında ittiham olunur. Yanukoviçin hazırda Rusiyada yaşadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm