Dünya
10 mindən çox insan bu virusa yoluxdu
Braziliyanın Rio-de-Janeyro şəhərində dünyaca məşhur karnaval ərəfəsində tropik denqe qızdırması epidemiyası qeydə alınıb.
Publika.az-ın G1 portalına istinadən məlumatına görə, bu barədə şəhərin meri Eduardo Paes xəbər verib.
"Yanvar ayında 10 mindən çox xəstəliyə yoluxma var və biz şəhərin tarixi ərzində xəstəxanaya yerləşdirilmə rekordunu qırdıq, bu ilin ilk ayında 362 nəfərdir", - mer şəhərin səhiyyə katibliyinin rəhbəri ilə birgə mətbuat konfransında deyib.
Merin sözlərinə görə, yaxın günlərdə meriya denqe qızdırması olan xəstələr üçün 10 səyyar qəbul və ilk yardım mərkəzini yerləşdirəcək.
Rio-de-Janeyroda dünyaca məşhur karnavalın başlamasına bir həftə qalıb. Bayram fevralın 10-dan 13-dək keçiriləcək, lakin artıq kütləvi şənliklər başlayıb. Bu, həm də turizm mövsümünün pik dövrüdür. 2024-cü ildə karnavalda 2 milyondan çox turist gözlənilir; şəhərin otel şəbəkəsinin 87 %-i doludur.
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region7 Dekabr 20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var