İŞİD üç uşağın başını kəsdi – İDDİA/FOTO
Bizi izləyin

Dünya

İŞİD üç uşağın başını kəsdi – İDDİA/FOTO

İŞİD terror təşkilatının Rakkada şəhər meydanında üç uşağın başını kəsdiyi iddia edilib.

Publika.az xəbər verir ki, mətbuatda İŞİD-in oktyabrın 19-da əsas qərargahı olan Rakka şəhərinin meydanında üç uşağın başını qılınc və balta ilə kəsərək edam etdiyi foto və videosu yayılıb.

Terror təşkilatı tərəfində lentə alınan videoda “Allaha küfr etdikləri” deyilən üç gənc böyük bir kütlənin yığışdığı meydana gətirilib. Daha sonra onların başı bu edam üçün əvvəlcədən hazırlanan kötüyə qoyulub. İŞİD-in şəriət məhkəməsinin çıxartdığı hökm meqafon vasitəsi ilə insanlara çatdırılıb. Nəhayət, hər üç gəncin başı kəsilərək, edam edilib.

Üç edamın hər biri üçün ayrı-ayrı cəllad və qılıncdan istifadə edilməsi diqqət cəlb edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm