Kim Çen İndən əmr: “Sosializm üslubunda tikin”
Bizi izləyin

Dünya

Kim Çen İndən əmr: “Sosializm üslubunda tikin”

Şimali Koreya lideri Kim Çen İn Pxenyanda tikilən beynəlxalq aeroportun dizaynını dəyişdirməyi əmr edib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı aeroportun zahiri görünüşünün ölkənin sosializm ideologiyasına uyğun olması barədə tapşırıq verib.

Aeroportda gedən inşaat işlərinə baş çəkən Kim Çen İn aeroportun ikinci terminalının qurulması üzrə işləri dayandırmağI tapşırıb. O, inşaat briqadalarının rəhbərlərini tənqid edib ki, 2014-cü ilin iyulunda verilmiş sərəncamları yerinə yetirməyiblər.

Koreya Xalq Demokratik Respublikası liderinin sözlərinə görə, aeroport Pxenyana açılan qapı və bütün ölkənin üzü olacaq: “Aeroport Şimali Koreyanın dövlət ideologiyası və fəlsəfəsini əks etdirməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm