İŞİD-in qorxunc silahı – EBOLA
Bizi izləyin

Dünya

İŞİD-in qorxunc silahı – EBOLA

Suriya və İraqın böyük bir ərazisinə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror təşkilatı Ebola virusundan bioloji silah olaraq istifadə etməyə hazırlaşır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniyanın təhlükəsizlik naziri Martines İŞİD üzvlərinin bu mövzunu internet vasitəsilə tez-tez müzakirə edildiyini bildirib.

“İŞİD-in internetdən döyüş meydanının davamı olaraq istifadə edir. Son olaraq sentyabrın ortasında İŞİD üzvləri arasında belə bir müzakirə aparılıb. Eboladan ABŞ-a qarşı zəhərli bir silah olaraq istifadə etmək bu müzakirələrin mövzusu idi”, - deyə ispaniyalı nazir vurğulayıb.

Bundan əvvəl isə ABŞ Donanma Hərbi Kollecininin milli təhlükəsizlik işləri üzrə professoru Al Şimkus analoji bir iddia ilə çıxış etmiş, ancaq onun iddiaları ciddi qəbul olunmamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm