ABŞ-da kosmik raketi qəzaya uğrayıb - FOTO
Bizi izləyin

Dünya

ABŞ-da kosmik raketi qəzaya uğrayıb - FOTO

ABŞ-da Virgin Galactic kosmik raketi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, SpaceShipTwo Kaliforniyanın Mojave Səhrasında partlayıb. Qəza nəticəsində pilotlardan bir ölüb, digəri isə ağır yaralanıb.

Virgin rəhbəri Richard Branson deyib ki, bədbəxt hadisəyə baxmayaraq kosmosda turizm biznesinə davam etmək niyyətindədir.

Qeyd edək ki, Branson uzun müddətdir ki, kosmosa kommersiya məqsədli səyahətin tərəfdarıdır.

Virgin bu layihənin 2015-ci ildə kommersiya fəaliyyətinə başlayacağını ümid edirdi. İndiyədək 250 000 dollarlıq (196 000 AZN) biletlərin 700-dən çoxu satılmışdı. Branson ilk uçuşda iştirak edəcəyini vəd etmişdi.

Qəzaya uğrayan SpaceShipTwo son doqquz ay ərzində ilk test uçuşunu edirdi.

Şirkətin bəyanatında kosmik raketdə "ciddi anomaliyanın" baş verdiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm