Dünya
Türkiyədə avtomobillərin yeni yoxlanış sistemi tətbiq edilir
Türkiyənin ərazisinə daxil olan avtomobil nəqliyyatı vasitələri nəzarət-buraxılış məntəqələrində (NBM) skan ediləcəklər. Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canıklıya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, avtomobillərin yeni yoxlanış sistemi NBM-nin işinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir.
Bu ilin may ayında Türkiyədə yük qatarlarının skan edilməsi sistemi tətbiq edilib.
İlk dəfə göstərilən sistem İranla sərhəddə yerləşən Van vilayətində tətbiq edilib.
Türkiyədə yük qatarlarının skan edilməsi sistemi il ərzində sınaq rejimində çalışacaq.
Bir müddət əvvəl sabiq gömrük və ticarət naziri Həyati Yazıçı bildirmişdi ki, yeni skan sisteminin dəyəri 3 milyon avrodur və o, radioaktiv elementləri də aşkarlamağa qadirdir.
Bu ilin sonuna kimi Türkiyədə bəzi NBM-nin də modernləşdiriləcəyi gözlənilir.
2013-cü ildə Türkiyədə səkkiz NBM modernləşdirilib ki, buna da 265,2 milyon türk lirəsi xərclənib.
Türkiyə ərazisində 22 NBM fəaliyyət göstərir.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub