Dünya
Baydenin Ukrayna layihəsi uğursuzluğa uğradı: "B" planı hazırdır
ABŞ prezidenti Co Bayden administrasiyası qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün birtərəfli tədbirlər görəcək, çünki Konqres cənub sərhədi qanun layihəsini və Ukraynaya yardımı bloklayır.
Publika.az xəbər verir ki, "NBC News"un məlumatına görə, qanun layihəsi uğursuz olduqdan sonra Bayden ehtiyat plan tapıb.
İki amerikalı məmurun sözlərinə görə, bu cür tədbirlər bir neçə aydır Ağ Evdə müzakirə edilir, lakin Bayden administrasiyası layihənin Konqresin təsdiqinə ümid edirdi.
“Bu gün Konqresdəki Respublikaçılar partiya siyasətini milli təhlükəsizlikdən üstün tutmağa qərar verdilər və sərhəd rəsmilərinin istədiklərinin əleyhinə səs verdilər. "Heç bir tənzimləyici tədbir ikitərəfli milli təhlükəsizlik razılaşması ilə eyni təsirə malik olmayacaq", - deyə, Ağ Ev sözçüsü bildirib.
Hər iki rəsmi qeyd edib ki, prezident administrasiyasının birtərəfli tədbirləri, kompromis olmayacağı halda "B" planıdır.
Qeyd edək ki, fevralın 7-də ABŞ Konqresi Ukraynaya 60 milyard dollarlıq yardımın ayrılması və Meksika ilə sərhəddəki böhranın həlli ilə bağlı qanun layihəsini bloklayıb.
Cəmilə
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi