Taliban partlayışa görə məsuliyyəti üzərinə götürdü
Bizi izləyin

Dünya

Taliban partlayışa görə məsuliyyəti üzərinə götürdü

Hindistan və Pakistan sərhədində baş verən partlayışa görə məsuliyyəti Taliban təşkilatı öz üzərinə götürüb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Talibanın Pakistandakı nümayəndəliyindən bildirilib.

Partlayış bu gün terrorçu-kamikadzenin tərəfindən törədilib. İki ölkənin sərhədindəki Vaqax yaşayış məntəqəsindəki partlayış nəticəsində 50-dən çox insan həlak olub, təxminən 70 yaralı xəstəxanalara çatdırılmışdır.

Hindistan sərhəd xidmətinin nümayəndəsi bildirib ki, partlayış Pakistan tərəfində - sərhədin təxminən beş yüz metrliyində baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm