BMT-dən şok proqnoz: “Geri dönüşü yoxdur”
Bizi izləyin

Dünya

BMT-dən şok proqnoz: “Geri dönüşü yoxdur”

BMT qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişiklikləri ilə hesabatını açıqlayıb.

Publika.az-ın xarici mətbuataistinadən verdiyi məlumata görə, BMT-nin İqlim hesabatında qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliklərin davam edəcəyi bildirilir.

Bütün ssenarilərə görə, XXI əsr boyunca yerüstü istiləşmə artacaq. Okeanların səthindəki 75 metrlik üst qatın tempuraturunun 1971-2010-ci illər arasında hər 10 ildə orta hesabla 0,11 dərəcə yüksəldiyi ifadə olunan hesabatda Şimal Antartikadanın bəzi yerlərində buzlaqların azaldığı qeyd olunub.

Hesabatda həmçinin bildirilir ki, XIX əsrin ortalarından etibarən dəniz səviyyəsindəki yüksəlmə son 2 min ildə olandan daha çoxdur. 1901-2010-ci illərdə dəniz səviyyəsi 19 santimetr yüksəlib.

“Okeanların tempuraturu və dəniz səviyyəsi yüksəlməkdə davam edəcək. İstixana qazlarının həcmi kəskin azaldılsa da, iqlim dəyişikliyinin təsirləri əsrlər boyu davam edəcək”, - deyə hesabatda deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm