Türkiyənin ən çirkli havası olan şəhərləri bəlli oldu - FOTO
Bizi izləyin

Dünya

Türkiyənin ən çirkli havası olan şəhərləri bəlli oldu - FOTO

Türkiyənin ən çirkli 20 bölgəsi açıqlanıb. Siyahıda zəlzələ bölgəsindən də şəhərlər var.

Publika.az xəbər verir ki, Greenpeace Akdeniz milli hava keyfiyyətinin monitorinqi şəbəkəsindəki stansiyalardan 2023-cü il ərzində əldə edilən "Partikül Maddələri (PM) 10" məlumatlarını təhlil edib. Bu çərçivədə Türkiyədə havanın ən çirkli olduğu 20 bölgə müəyyən edilib.

İskenderunun (Hatay) birinci olduğu siyahıda Kadıköy-Göztepe (İstanbul) ikinci, İğdır üçünçü, Denizli isə sonuncu yerdədir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hava çirkliliyi dünya üzrə dəqiqədə 13 nəfərin ölümünə səbəb olur. Greenpeace İqlim və Enerji Mütəxəssisi Gökhan Ersoy Türkiyədə ölümə səbəb olan risklər arasında tütün, artıq çəki, yüksək təzyiq və hava çirkliliyinin olduğunu qeyd edib.

Bu il zəlzələ bölgəsindən üç fərqli şəhərin siyahıda olmasına, Hatay və Osmaniyenin isə ilk dəfə olaraq ən çox çirklənmiş 10 bölgə arasında yer almasına dağıntıların aradan qaldırılması işlərinin yaratdığı əlavə çirklənmə səbəbdir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm