Amerikalı ekspert Rusiyanın Ukraynaya hücumunun vaxtını açıqladı
Bizi izləyin

Dünya

Amerikalı ekspert Rusiyanın Ukraynaya hücumunun vaxtını açıqladı

“Yarım il sonra – 2015-ci ilin yazında Rusiyanın Ukraynaya mümkün geniş hərbi müdaxiləsini gözləmək olar”.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə amerikalı hərbi ekspert Filipp Karber TSN kanalına müsahibəsində çıxış edib.

“Mən sərhəddə güclü müdafiə haqqında danışıram. Ukraynaya güclü müdafiə lazımdır. Niyə? Mənim proqnozum budur ki, 2015-ci ilin yazında Rusiya tərəfdən böyük hücumu gözləmək lazımdır. Belə bir hücumun martın sonunda və ya aprelin əvvəlində olacağını gözləyirəm. Bunun üçün bir neçə ilkin şərt mövcuddur. Rusiya hərbçiləri ilin əvvəlində məşq keçir və bu güclər öndə yerləşdiriləcək. Digər tərəfdən, havalar istiləşəcək. Bu çox rahat və təhlükəli vaxtdır”, - deyə Filipp Karber proqnozlaşdırır.

Eyni zamanda, ekspert qeyd edir ki, hazırda Çerniqov, Sumsk və Xarkov vilayətlərində Rusiya ilə sərhədin mühafizəsi çox zəif təşkil olunub: “Bütün hərbi güclər hazırda şərq və cənuba atılıb. Ukraynanın şimal-şərq sərhədlərinin hərbi müdafiəsinə diqqət göstərmək lazımdır. Bundan başqa, Rusiya Qara dənizdə hərbi gəmilərin sayını artırıb”.

Amerikalı ekspert Dnestryanı ərazidən də müdaxiləni istisna etmir: “Yəni, Ukrayna sərhədlərin müdafiəsinə diqqət göstərməlidir. Faktiki olaraq, ölkə 300 dərəcə ətrafında müdafiə olunmalıdır. Təhlükə üç tərəfdən də gələ bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm