Amerikalı ekspert: “Seçkilər yeni hərbi əməliyyatların başlanğıcı ola bilər”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “Seçkilər yeni hərbi əməliyyatların başlanğıcı ola bilər”

“İki separat qurumda keçirilən seçkilər onların dövlət quruluşunu möhkəmlədəcək və Şərqi Ukraynanı Rusiyaya daha da yaxınlaşdıracaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bunu ABŞ-ın “Buzzfeed” nəşrində Donetsk və Luqansk vilayətlərində dünən keçirilən seçkiləri şərh edən siyasi ekspert Maks Seddon yazıb.

“Təəssürat yarandı ki, səsvermə sovet nümunəsi üzrə keçirilib. Seçkilərin əsas hədəfi status-kvonu möhkəmləndirmək, vətənpərvərlik əhval-ruhiyyəsini yüksəltmək və demokratik prosesin irəliyə aparılmasına imkan verməməkdir. Çoxları Ukraynada ehtiyat edir ki, bu seçkilər sonrakı hərbi hərəkətlərin başlanğıcı ola bilər”, - məqalədə deyilir.

Maks Seddon iddia edir ki, ötən istirahət günlərində Donetsk və Luqansk şəhərləri ətrafındakı ərazilərdə Rusiyanın fərqləndirici nişanları olmayan 100-dək hərbi yük maşını müşahidə edilib: “Nömrəsi və digər fərqləndirici nişanları olmayan yük maşınları Krım işğalını xatırladır. Belə ki, Rusiya Krımın zəbt edilməsi zamanı da onlardan istifadə etdi. Yük maşınları separatçılar üçün döyüş sursatlarını və hərbi texnika daşıyırdılar”.

Amerikalı ekspert hesab edir ki, separatçı qurumlarda keçirilən “seçkilər”in Qərb ölkələri tərəfindən tanınması üçün heç bir şans yoxdur.

Ancaq rusiyalı ekspert Yevgeni Benya başqa fikirdədir. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi Donetsk və Luqansk “xalq respublikaları”ndakı yeni hakimiyyəti və “seçkilər”in nəticələrini tanımalı olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm