Kiyev nüvə silahı iddiasına cavab verdi
Bizi izləyin

Dünya

Kiyev nüvə silahı iddiasına cavab verdi

Rəsmi Kiyev Rusiya vətəndaşı, “Luqansk Xalq Respublikası” separatçı qurumu tərəfində vuruşan “Donun böyük qoşunu”nun atamanı Nikolay Kozisının nüvə silahı barədə iddialarına cavab verib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko “112 Ukrayna” telakanalına açıqlamasında separatçıların nüvə silahına sahib olduqları barədə informasiyaya sahib olmadığını deyib.

Xatırladaq ki, kazak hərbçi “Gazeta.ru”ya müsahibəsində Luqansk döyüşçülərində nüvə silahının olduğunu deyib: “Bizin sərəncamımızda nüvə döyüş başlığı var. Ukraynada bu silahdan dördü var idi, birini biz ələ keçirdik, qalanları isə yoxa çıxdı. Ukrayna yaxşı bilir ki, nüvə döyüş başlığından biri bizdədir”.

Daha əvvəl isə Ukraynanın keçmiş müdafiə naziri Valeri Qeletey nüvə silahından mümkün istifadə məsələsini qaldırıb. O iddia edib ki, Rusiyadan Ukraynaya qarşı nüvə təhlükəsi var. Sabiq nazir həmçinin Ukraynanın özünün nüvə statusunun bərpa edilməsinin vacib olduğunu dilə gətirib. Sentyabrın 15-də Ukrayna müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk da Donbasda olan Rusiya hərbçilərinin “Tülpan” 2S4 minaatanlarından istifadə etdiyini bildirib. A.Danilyuk minatanların döyüş komplektində nüvə mərmilərinin olduğunu diqqətə çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm