Berlin Moskvanı hədələdi: “Bu barədə fikirləşməyə hazırıq”
Bizi izləyin

Dünya

Berlin Moskvanı hədələdi: “Bu barədə fikirləşməyə hazırıq”

“Berlin Moskvanın Ukraynanın şərqindəki hadisələrə müdaxiləsinə son qoymayacağı halda, Rusiyaya qarşı növbəti sanksiyalar barəsində fikirləşməyə hazırdır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Berlin noyabrın 2-də rusmeyilli separatçılar tərəfindən keçirilən “seçkilər”i tanımır: “Donetsk və Luqansk vilayətlərində keçirilən “seçkilər” qeyri-qanunidir və Minsk razılaşmalarına, həmçinin Ukrayna Konstitusiyasına ziddir. Bu fakt xüsusən anlaşılmazdır ki, Rusiyanın rəsmi şəxsləri seçkilərin nəticələrinə hörmət etdiyini və seçkiləri tanıdığını bəyan ediblər”.

Onun sözlərinə görə, Moskva sentyabr ayının əvvəlində Minskdə əldə olunan razılıqların yerinə yetirilməsi üçün bacardığı hər şeyi etməlidir.

Xatırladaq ki, Avropa Birliyi separatçıların keçirdiyi “seçkilər”i tanımayıb. Ukrayna Milli Təhlükəsizlik Xidməti isə “xalq respublikaları”ndakı “seçkilər”lə əlaqədar cinayət işi açıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm