ABŞ-ın Suriya strategiyası çökdü
Bizi izləyin

Dünya

ABŞ-ın Suriya strategiyası çökdü

ABŞ-ın Suriyadakı loyal müxalifətə dəstək planı çöküb. Müxaliflər ABŞ-dan aldıqları silahları Əl-Nüsrəyə təhvil verib.

Publika.az xəbər verir ki, Obama hökumətinin Suriyada İŞİD terror təşkilatına qarşı qurduğu yeni strategiya uğursuzluğa məruz qalıb. ABŞ-ın İŞİD-ə qarşı döyüşmək üçün təlim keçərək silahlandırdığı iki loyal suriyalı müxalif qüvvə Əl-Qaidəyə bağlı Əl-Nüsrə cəbhəsinə təslim olub.

Əl-Nüsrə Cəbhəsi bu yaxınlarda Türkiyə sərhədi yaxınlığındakı İdlib əyalətinin şimalında hücuma keçib. İki təşkilat da bazalarını Əl-Nüsrəyə təhvil verib.

Vaşinqtonun Suriyada İŞİD-ə qarşı döyüşəcək ən ciddi təşkilat olaraq gördüyü Suriya İnqilabçı Cəbhəsi və Əzim Hərəkatı altı aydır ABŞ-dan ən müxtəlif çeşiddə ağır silahlar alıb. Bu silahların Əl-Nüsrənin əlinə keçməsi ABŞ üçün çox böyük zərbə olaraq dəyərləndirilir.

Suriyadakı loyal müxalifət baş verənlərin Vaşinqtonun günahı olduğunu deyir.

“Amerikalılar bizi tərk etdi, amma Əsəd yardım edir” deyən müxaliflər İŞİD-ə qarşı hava hücumlarının rəsmi Dəməşqin xeyrinə olduğunu bildirib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm