Aleksander Zaxarçenko "seçki"ni udub
Bizi izləyin

Dünya

Aleksander Zaxarçenko "seçki"ni udub

"Donetsk Xalq Respublakası"nda keçirilən seçkilərdə separatçıların lideri Aleksander Zaxarçenkonun qalib gəlidiyi elan edilib.

Publika.az xəbər verir ki, seçki rəsmiləri baş nazir vəzifəsini icra edəcək Zaxarçenkonun seçkilərdə 79 faiz səs topladığnı bildirib.

Bazar günü keçirilən seçkilərin məqsədi separatistlərin nəzarətinə olan Luqansk və Donetsk regionlarının parlamentinə üzvlər və liderlər seçməkdən ibarətdir.

Avropa İttifaqı və ABŞ separatçıların səsverməsini qeyri-qanuni adlandıraraq, bunun Ukrayna konstitusiyası və sentyabr ayının 5-də əldə edilən atəşkəsə zidd olduğunu bildirib.

Avropa Birliyi Xarici Siyasət şöbəsinin yeni rəhbəri Federika Moqerini qurumun seçkilərin nəticələrini tanımayacağını və belə bir addımın Ukraynada sülhün bərpasına maneə törədəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm