Ukrayna Rusiyanın borcunu ödəmək üçün qızılını xərcləyəcək
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanın borcunu ödəmək üçün qızılını xərcləyəcək

Ukrayna hakimiyyəti Rusiya qazına olan borcunun ödənilməsi üçün qızıl-valyuta ehtiyatlarının bir hissəsini xərcləməyi planlaşdırır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Bankının sədri Valeri Qontareva bildirib.

Onun sözlərinə görə, Ukrayna bununla bağlı Beynəlxalq Valyuta Fondu ilə razılaşıb. Milli Bank sədri bunun nəticəsində Ukraynanın bir sıra makroiqtisadi göstəriciləri yaxşılaşdıra, həmçinin valyuta bazarına təzyiqlərdən qaça biləcəyini deyib.

Xatırladaq ki, 31 oktyabrda Ukrayna, Rusiya və Avropa Komissiyası Brüsseldə qış qaz mövsümü üzrə bütün lazımı sənədləri imzalayıb. Razılaşma ilə Ukrayna cari ilin sonuna kimi Rusiyaya 3,1 milyard dollar qaz borcunu ödəməyi üzərinə götürüb. Razılaşmaya görə, noyabr-dekabr aylarında Ukrayna Rusiya qazının hər min kubmetr üçün 378 dollar ödəyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm