Kafe sahibi Ərdoğanın istəyi ilə cərimələndi
Bizi izləyin

Dünya

Kafe sahibi Ərdoğanın istəyi ilə cərimələndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siqaret çəkildiyi qapalı məkanla bağlı istəyi yerinə yetirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, siqaret çəkilən kafenin sahibinə 6 min lirə (təxminən 2700 dollar) cərimə kəsilib.

Kafenin sahibi Deniz Ayvaz tətbiq olunan cərimənin çox yüksək olduğunu ifadə edib.

Xatırladaq ki, Türkiyə prezidenti dünən İstanbulun Esenlər bələdiyəsində qapalı bir məkanda siqaret çəkən vətəndaşlara sərt reaksiya göstərmişdi. Dövlət başçısı bu hərəkəti tərbiyəsizlik adlandırıb.

“Göstərə-göstərə bunu etmək tərbiyəsizlikdir”, - deyə Ərdoğan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm