Mlyarder “Virgin Galactic” gəmisində ilk kosmonavt olacağına söz verdi
Bizi izləyin

Dünya

Mlyarder “Virgin Galactic” gəmisində ilk kosmonavt olacağına söz verdi

“Virgin Galactic” şirkətini də özünə daxil edən “Virgin Group” korporasiyasının banisi, milyarder Riçard Brenson bu şirkət tərəfindən hazırlanmış gəmidə kosmosa uçacaq ilk insan olmaq niyyətindədir.

Publika.az-ın verdiyi xəbərə görə, milyarder bu barədə Amerikanın CNN televiziyasına müsahibəsində deyib.

“Kifayət qədər təhlükəsiz hesab etməsəydim, heç vaxt başqalarından “Virgin Galactic” ilə uçmağa xahiş etməzdim”, - deyə o, qeyd edib.

R.Brensonun sözlərinə görə, “SpaceShipTwo” gəmisinin qəzaya uğramasına baxmayaraq, investorlar əvvəlki kimi proqrama dəstək göstərirlər.

Xatırladaq ki, “SpaceShipTwo” suborbital gəmisi 31 oktyabrda Kaliforniya ştatının cənubunda sınaq uçuşu zamanı parçalanıb. Pilotlardan biri - 43 yaşlı Piter Sibold tullanmağa vaxt tapsa da ağır yaralanıb. Digər pilot - 39 yaşlı Maykl Olsberi isə həlak olub.

Riçard Brenson “SpaceShipTwo”nun qəzaya uğramasının səbəblərini diqqətlə araşdıracağına söz verib. O, əminliyi ifadə edib ki, proqramın reallaşdırılması davam ediləcək. “Virgin Galactic” şirkəti gələcəkdə turizm suborbital kosmik uçuşlarını təşkil etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm