Dünya
"Qafqaz qan çanağına dönəcək"
Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib:
“Geri dönən terrorçular Qafqazı qan çanağına döndərəcək. Mən buna əminəm”.
Türkiyənin İŞİD-ə qarşı mübarizədə ikili standartlar tətbiq etdiyini deyən rus mütəxəssis bölgə ölkələrinin vahid mövqe nümayiş etdirmədiyini vurğulayıb:
“İran şiə məzhəbi fonunda mübarizəyə qoşulub. Türkiyə PKK-nı zəiflətmək üçün İŞİD və Suriya kürdləri arasında nifaq salır. Türkiyə xüsusi xidmət orqanlarının İŞİD ilə əlaqəsi var”.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan üçün Suriya lideri Bəşər Əsədin başlıca düşmən olduğunu deyən rus mütəxəssis Türkiyənin müxalif qüvvələrə aktiv yardım etdiyini iddia edib:
“Ərdoğan keçmişdə olduğu kimi, indi də Suriya müxalifətinə dəstək verir, digər tərəfdən isə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrini dəstəklədiyini deyir. Beləliklə, Ankara İŞİD ilə mübarizədə ikili yanaşma sərgiləyir”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO