Benqazidə atışma: 13 nəfər həlak olub
Bizi izləyin

Dünya

Benqazidə atışma: 13 nəfər həlak olub

Liviyanın şərqindəki Benqazi şəhərinin müxtəlif istiqamətlərində baş verən atışmalarda 10-dan çox adam həlak olub.

Publika.az xəbər verir ki, ölənlər arasında mülki vətəndaşların da olduğu bildirilir. Tibbi qaynaqlardan verilən məlumata görə, şəhər xəstəxanasına hərbçi və mülki vətəndaşlardan ibarət 13 cəsəd gətirilib. Onların Benqazidəki atışmalarda həlk olduğu bildirilib.

Qeyd edək ki, Liviya Ordusu şəhərdə keçiriləcək irimiqyaslı hərbi əməliyyatlarla bağlı əhalini bu gün səhər saatlarnadək şəhəri tərk etməyə çağırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm