NATO: “Moskva Ukrayna-Rusiya sərhədini qərbə doğru çəkir”
Bizi izləyin

Dünya

NATO: “Moskva Ukrayna-Rusiya sərhədini qərbə doğru çəkir”

Ukrayna böhranı kontekstində Rusiyanın hərəkətləri münaqişənin dondurulmasına gətirib çıxara bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Şimali Atlantika İttifaqının (NATO) Avropadakı Silahlı Qüvvələrinin komandanı general Filip Bridlav bildirib.

Onun sözlərinə görə, NATO münaqişənin dondurulmasının nəticəsi olaraq, Rusiya ilə münasibətlərin pisləşməsindən ehtiyat edir: “İttifaqda hesab edirlər ki, Moskva Ukrayna və Rusiya arasındakı sərhədi qərbə çəkir. Biz bu hərəkətlərin nəticəsi olaraq münaqişənin dondurulacağından ehtiyat edirik”.

Xatırladaq ki, NATO generalı dünən verdiyi açıqlamaların birində Donbasda 300 rus hərbçisinin separatçılara təlim keçdiyini deyib. Onun sözlərinə görə, Rusiya hökuməti Ukrayna hərbçiləri və separatçılar arasında bölücü xəttinin möhkəmləndirilməsində separatçılara fəal dəstək verməkdə davam edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm