Venesuela hava məkanını pozan naməlum təyyarə vuruldu
Bizi izləyin

Dünya

Venesuela hava məkanını pozan naməlum təyyarə vuruldu

Venesuelada hava məkanına daxil olan “King 200” tipli kimə məxsus olduğu qaranlıq qalan naməlum təyyarə vurulub.

Publika.az-ın xarici mətbuata istinadən bu barədə “Twitter” səhifəsində ölkənin müdafiə naziri Vladimir Padrino Lopes yazıb.

“Təyyarə Apure ştatının Elorsa şəhərinin cənubi-şərqində operativ strateji komandanlığın döyüşçüləri tərəfindən vurulub”, - deyə müdafiə naziri qeyd edib.

Hadisənin təfərrüatları haqqında əlavə məlumat verilməyib. Təyyarənin ekipaj üzvlərinin taleyi haqqında da informasiya yoxdur.

Keçən ilin noyabr ayında Apure ştatının ərazisində üzərində Meksika nişanı olan yüngül motorlu təyyarə vurulmuşdu. 2012-ci ilin mayında isə Venesuela hakimiyyəti hava məkanının müdafiəsi haqqında qanun qəbul edib. Qanun hərbi pilotların enmə tələblərinə məhəl qoymayan təyyarələrin vurulmasına icazə verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm