ABŞ-ın vitse-prezidenti: “Ərdoğandan üzr istəməmişəm”
Bizi izləyin

Dünya

ABŞ-ın vitse-prezidenti: “Ərdoğandan üzr istəməmişəm”

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istədiyi barədə iddiaları təkzib edib.

Publika.az “haberler.com”a Bayden Harvard Universitetindəki nitqi zamanı Türkiyə prezidenti R.T.Ərdoğanı nəzərdə tutaraq “Mən ondan əsla üzr istəməmişəm” deyib.

Xatırladaq ki, ABŞ başda Türkiyə olmaqla müttəfiqlərini İŞİD-in fəaliyyətinə göz yummaqda günahlandırıb. Bayden “Prezident Ərdoğan keçmiş dostdumdur. Mənə dedi ki, “Siz haqlı idiniz. Çoxlu sayda insanın Suriyadan Türkiyəyə keçməsinə izin verdik”. İndi də sərhədi möhürləməyə çalışırlar” deyib. Baydenin bu açıqlamasından sonra Ərdoğan jurnalistlərə “Əgər Bayden həqiqətən bu cür sözlər deyibsə, o insan artıq mənim üçün bitib” cavabını verib.

Ərdoğanın bu açıqlamasından bir neçə saat sonra Ağ Evin mətbuat xidmətindən bütün mətbuat orqanlarına bir press-reliz göndərilib. Press-relizdə Bayden Ərdoğana zəng edərək dediyi sözlərə görə üzr istədiyi qeyd olunub. Hətta bu press-reliz daha sonra ABŞ-ın Ankaradakı səfirliyinin rəsmi internet saytında türkcə yayımlanıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden bu ay Mərakeş, Ukrayna və Türkiyə turuna çıxacaq. Baydenin Türkiyə səfəri çərçivəsində prezident Ərdoğanla görüşməsi gözlənilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm