Dünya
Rusiya Ukraynaya növbəti hərbi kolon yeritdi
Rusiyadan növbəti hərbi texnika kolonu bu gecə “İzvarino” nəzarət buraxılış məntəqəsi vasitəsilə Ukraynanın Krasnodon rayonuna daxil olub.
Publika.az-ın “szona.org” saytına istinadən verdiyi məlumata görə, bu barədə Krasnodon rayonundakı etibarlı mənbə bildirib.
“Bu artıq ardıcıl üçüncü gecədir ki, Rusiyadan hərbi texnika kolonu keçir. Sayını dəqiq bilmirəm, amma motorların uğultusu bir saat belə dayanmayıb”, - deyə mənbə əlavə edib.
Qeyd edək ki, “İzvarino” nəzarət buraxılış məntəqəsi Rusiya və separatçılar arasında əlaqələrinin yaradılmasına kömək edən əsas məntəqədir. Məntəqə Rusiya ilə ən uzun sərhəd xəttinə malik olan Luqansk vilayətində yerləşir. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, hərbi texnika, silah-sursat və muzdlular “İzvarino” vasitəsilə separatçılara çatdırılır.
Bir neçə gün əvvə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Luqansk vilayətinə 12 tank və 48 zirehli texnika, o cümlədən 1 BRDM, içində döyüş sursatlarının olduğu 20 “Ural” və şəxsi heyətin olduğu 8 “Ural” keçdiyini bildirib.
Ömər Dağlı
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO