AKP rəsmisi təkzib etdi: “Hakan Şükür sayıqlayır”
Bizi izləyin

Dünya

AKP rəsmisi təkzib etdi: “Hakan Şükür sayıqlayır”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi əfsanəvi futbolçu Hakan Şükürə nazir postu təklif edildiyi barədə iddiaları təkzib edib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Hakan Şükürün iddiasına AKP-nin sədr müavini Süleyman Soylu cavab verib. Süleyman Soylu “AKP-də Hakan Şükür siyasəti yoxdur. Şükürün açıqlamaları sadəcə sayaqlamaqdan ibarətdir. AKP bu cür formada nazir postu təklif edə bilməz. Mən belə bir şey eşitməmişəm” deyə qeyd edib.

Xatırladaq ki, Türkiyənin əfsanəvi futbolçusu, İstanbul millət vəkili Hakan Şükür hakim Ədalət və İnkişaf Partiyasından istefa verən ərəfədə ona nazirlik təklif edildiyini iddia edib. Hakan Şükür bu barədə noyabrın 1-də "Hürriyət" qəzetinə verdiyi müsahibəsində deyib. Keçmiş futbolçu təklifin kimdən gəldiyini açıqlamasa da, Türkiyə mətbuatı həmin şəxsin baş nazirin müavini Bülənt Arınç olduğunu iddia edib. İddialara görə, əfsanəvi futbolçuya idman naziri postu təklif edilibmiş.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm