ABŞ-da seçkilər keçirilir
Bizi izləyin

Dünya

ABŞ-da seçkilər keçirilir

ABŞ-da seçicilər Konqresə ara seçkilərdə səs verməyə başlayıblar.

Publika.az VOA News-a istinadən xəbər verir ki, bu seçkilər prezident Barak Obamanın hakimiyyətinin son iki ilində Konqresə Respublikaçıların və ya Demokratların nəzarət edəcəyini müəyyənləşdirəcək.

Nümayəndələr Palatasına 435 yerin hamısı, Senata isə 100 yerin üçdə biri uğrunda mübarizə gedir. Əsas diqqət Senat seçkilərinədir, çünki siyasi analitiklər deyir ki, Respublikaçılar əlavə 6 yer əldə edərək çoxluğu ələ keçirməyi planlaşdırır. Seçkilərədək 55 yerə sahib cənab Obamanın təmsil olunduğu Demokrat Partiyası cüzi üstünlüklə çoxluğu əlində saxlayırdı.

Prezidentin reytinqinin 40 faizdən aşağı düşməsi ilə Respublikaçılar Partiyasının səs toplamaq üçün ən yaxşı imkanları Obamanın iki il əvvəl prezident seçkilərində məğlub olduğu ştatlardadır.

Nümayəndələr Palatasında isə Respublikaçıların əvvəlki çoxluğu bərpa edəcəyi, hətta üstünlüyünü genişləndirəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm