Rusiyanı yeni sanksiyalar gözləyir
Bizi izləyin

Dünya

Rusiyanı yeni sanksiyalar gözləyir

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri noyabrın 17-də Rusiyaya qarşı yeni sanksiyaların qəbulu məsələsinə baxacaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsi Federika Moqerini bildirib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət Avropa Birliyi və NATO-nun gündəliyində prioritet məsələ əsas olmalıdır. Moqerini xatırladıb ki, Avropa Birliyinin mövqeyi əvvəlki kimi qalır: Rusiyaya qarşı sanksiyalar məqsəd deyil, yalnız böhranın sülh həllinin axtarışı məqsədi ilə təzyiqin göstərilməsi alətidir.

Moqerini bildirib ki, Rusiyanın hərəkətlərinə sərt və qətiyyətli reaksiya lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm