İsrailin cinayəti sübut olundu
Bizi izləyin

Dünya

İsrailin cinayəti sübut olundu

Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğu İsrailin “Mavi Mərmərə” gəmisinə təşkil etdiyi hücumu “döyüş cinayəti” olaraq müəyyənləşdirib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İnsan Haqları və Azadlıqları Humanitar Yardım Vəqfindən (İHH) bildirilib.

Xatırladaq ki, “Mavi Mərmərə” gəmisinə hücumdan 4 il keçir. Aralıq dənizinin neytral sularında hərəkət edən və Qəzzaya humanitar yardım aparan gəmiyə 31 may 2010-cü il tarixdə sübh saat 00:04 radələrində İsrail xüsusi təyinatlıları hücum edib. Hücum nəticəsində Türkiyənin 9 vətəndaşı ölüb.

İsrail hadisəyə görə, Türkiyədən üzr istəsə də iki ölkə arasındakı münasibətlər hələ də normallaşmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm