İŞİD-çilər Kərkükə sızmaq üçün bu yollardan istifadə edirlər
Bizi izləyin

Dünya

İŞİD-çilər Kərkükə sızmaq üçün bu yollardan istifadə edirlər

İŞİD terror qruplaşmasının üzvlərinin Kərkükə daxil olmaq üçün saxta vəsiqələrdən istifadə edir, özlərini xəstə kimi aparır və qadın paltarı geyinirlər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Kərkük mahalının təhlükəsizlik müdiri Serhad Kadir bildirib.

Onun sözlərinə görə, son dövrlər İŞİD tərəfində vuruşanlar Kərkükə daxil olmaq üçün müxtəlif yollara əl atırlar. Təhlükəsizlik müdiri onların bəzilərinin saxlanıldığını deyib. O, saxlanılanlar arasında keçmiş İraq ordusu hərbçilərinin olduğunu söyləyib.

Kadir həmin şəxslərin İŞİD-dən qaçıb gəldiklərini və bədənlərində güllə izləri olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm