Gürcüstanın müdafiə naziri istefaya göndərildi
Bizi izləyin

Dünya

Gürcüstanın müdafiə naziri istefaya göndərildi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir bəyanat verb.

Əvvəllər böhranların idarə edilməsi və təhlükəsizlik üzrə hökumət surasının katibi işləmiş Mindiyu Canelidze yeni müdafiə naziri təyin edilib. Müdafiə nazirinin istefaya göndərilməsindən sonra avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili sabiq həmkarla həmrəylik nümayişi olaraq istefaya getmək niyyətinin olduğunu açıqlayıb.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşlarının bədxərcliyi ilə bağlı cinayət işinin ətrafında qalmaqal böyüyür.

Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə “Silknet” şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm