Daha bir nazir getdi: “Diktatura yaxındır, demokratiya təhlükədədir”
Bizi izləyin

Dünya

Daha bir nazir getdi: “Diktatura yaxındır, demokratiya təhlükədədir”

Gürcüstan müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsindən sonra daha bir nazir istefa verib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu Avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilidir.

"Diktatura yaxındır, demokratiya təhlükədədir, mən gedirəm”, - deyə A.Petriaşvili "Maestro" telekanalının birbaşa efirində deyib. Petriaşvilinin sözlərinə görə, o, sabah rəsmən istefasını elan edəcək.

Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze müdafiə naziri İ.Alasaniyanın istefaya göndərilməsindən sonra onun komandasında olan bütün hökumət üzvlərinin istefasının istisna edilimədiyini bildirmişdi.

Əlavə edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasına rəhbərlik edir. Alasaniyanın partiyasını təmsil edən nazirlər isə xarici işlər naziri Maya Pancikidze, ədliyyə naziri Teya Sulukiani və avrointeqrasiya üzrə dövlət naziri A.Petriaşvilidir.

Hazırda əsas məsələ İ.Alasaniyanın partiyasının "Gürcü arzusu” koalisiyanı tərk edib-etməyəcəyidir. Əgər belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm