Respublikaçılar Obamanın partiyasını məğlub etdi
Bizi izləyin

Dünya

Respublikaçılar Obamanın partiyasını məğlub etdi

ABŞ Konqresinə keçirilən ara seçkilərlə bağlı proqnozlar özünü doğruldur.


Publika.az xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, Respublikaçılar Partiyası həm Nümayəndələr Palatası, həm də Senatda əksəriyyəti əldə edib.


Konqresin Nümayəndələr Palatasında bütün yerlərə, Senatda isə yerlərin üçdə birinə seçkilər keçirilib. Bu seçkidən sonra Nümayəndələr Palatasın 435, Senatın isə 36 yeri dəyişəcək. Hazırkı nəticələrə görə, Senatda Demokratlar Partiyası 10, Respublikaçılar Partiyası isə 21 yer qazanıb. Beləliklə, Senatdakı demokratlar 44, respublikaçılar isə 51 yerə sahib olub.


Bununla da respublikaçılar 8 il fasilədən sonra Senatda əksəriyyəti əldə edib.


Nümayəndələr Palatasına keçirilən seçkilərin hazırkı nəticələrinə görə, respublikaçılar 219, demokratlar isə 133 yer qazanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm