Obama və Putinin rəsmi görüşü nəzərdə tutulmayıb, amma…
Bizi izləyin

Dünya

Obama və Putinin rəsmi görüşü nəzərdə tutulmayıb, amma…

ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə Avstraliyada görüşü nəzərdə tutulmayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib.

Qeyd edək ki, Avstraliyanın Brisben şəhərində noyabrın 15-16-da "Böyük iyirmiliyin" (G-20) sammiti keçiriləcək. Daha əvvəl “Röyters” xəbər agentliyi ABŞ Dövlət Administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Obamanın Avstraliyada G-20-nin sammitində, eləcə də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin noyabrın 10-da Pekində işə başlayacağı sammitdə Putinlə rəsmi görüşü planlaşdırmır. Amma siyasi kuluarlarda görüşün keçirilməsi istisna edilmir.

Agentliyin mənbəyi istisna etmir ki, iki dövlətin liderləri beynəlxalq sammitlərdə qeyri-formal söhbət edə bilərlər. “Böyük şans mövcuddur ki, onlar APEC sammitinin kuluarlarında qeyri-formal müzakirələr aparmaq üçün vaxtı tapsınlar”, - deyə mənbə qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm