Dünya
“Mişa, məni vur! Sən ukraynalıları güllələməyi sevirsən!" – VİDEO
Bir müddət əvvəl “Donetsk Xalq Respublikası” separatçı quruma səfər edən və Donetsk aeroportu ətrafında yerləşən mövqedən pulemyotla atəş açan məşhur rusiyalı aktyor Mixail Poreçenkov xoşagəlməz vəziyyətlə qarşılaşıb.
Publika.az xəbər verir ki, hadisə Moskvada teatr səhnəsində baş verib.
“Arzu tramvayı” tamaşasının nümayişindən sonra aktyorların tamaşaçılara minnətdarlıq etdiyi zaman zaldan M.Poreçenkova oyuncaq tapança və medal atılıb.
Tapança və medalı səhnəyə atan tamaşaçı Poroçenkova “Mişa, məni vur! Sən ukraynalıları güllələməyi sevirsən!" deyib. Tamaşaçıların bir çoxları da onun bu addımına dəstək veriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Poroçenkovun Donetsk aeroportu ətrafında yerləşən mövqedən pulemyotla Ukrayna ordusunun mövqelərinə doğru atəş açması ilə bağlı video internetdə yerləşdirilib. Rusiyalı aktyor tamamilə hərbi formadadır və kaska geyinib.
M.Poreçenkova barəsində Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət işi açılıb.
“Mixail Poreçenkov Donetskə gələrək silahlı dəstə tərkibində avtomatik silahdan Ukrayna silahlı qüvvələrinə qarşı atəşdə şəxsən iştirak edib. Ukraynanın Cinayət Məcəlləsinə əsasən, onu 7 ildən 12 il müddətinə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir”, - deyə Ukrayna daxili işlər naziri Arsen Avakov yazıb.
Ömər Dağlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...