Yaş, göz rəngi və dini mənsubiyyət - İŞİD-in qul kimi satdığı qadınların qiyməti
Bizi izləyin

Dünya

Yaş, göz rəngi və dini mənsubiyyət - İŞİD-in qul kimi satdığı qadınların qiyməti

İŞİD yaraqlıları əsir götürdüyü yezidi və xristian qadınları yaşlarına uyğun olaraq 43, 86, 172 dollara satır.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, İŞİD yaraqlılarının yezidi və xristian qadınlara verdiyi maddi dəyər məlum olub.

Terror təşkilatının qənimət olaraq əsir götürdüyü qadınları qul olaraq satdığı qiymətlər belədir:

40-50 yaş arası bir yezidi və ya xristian qadın 43 dollar

20-30 yaş arası 86 dollar

10-20 yaş arası qızlar 129 dollar

9 və daha az yaşlı qız uşaqları 172 dollar

Terror təşkilatı bununla bərabər, qadın satışında qadağalar da qoyub. Belə ki, bir şəxs ən çoxu üç qul ala bilər.

Xatırladaq ki, srağagün İŞİD terror təşkilatının əsir götürdüyü qadınları öz aralarında satmalarını əks etdirən video yayılıb.

Mosulda baş tutan hərracda terrorçuların ələ keçirdikləri yezidi qadınları qənimət kimi bölüşdürdükləri məlum olur.

Bəziləri öz aralarında bölüşdükləri qadınları silahla dəyişir, digərləri də qadının zahiri görünüşünə uyğun olaraq qiymət qoyur. Ən qiymətli yezidi qadınlar isə mavi gözlü olanlar və ya 15 yaşındakı qızlardır.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm