Sabiq nazir: “Gürcüstanın Avropa seçimi təhdid altındadır”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Gürcüstanın Avropa seçimi təhdid altındadır”

“Gürcü xalqının Avropa seçimi təhlükədədir”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla bu gün xarici işlər naziri postundan istefa verən M.Pandjikidze çıxış edib.

“Artıq təvazökarlıqsız deyə bilərəm ki, son iki il ərzində komandamız böyük müvəffəqiyyətlərə nail oldu. Biz avroatlantik dəyərləri müdafiə edirdik. Biz avroatlantik inteqrasiya üçün yeni imkanları yaratdıq, Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma imzaladıq, BMT-nin Gürcüstan üzrə qətnaməsini dəstəkləyən ölkələrinin sayını artırdıq və ABŞ-la strateji əməkdaşlıqda xeyli irəliləyişə nail olduq. Amma görürük ki, bütün bu nəticələr təhdid altındadır”, - deyə keçmiş xarici naziri bildirib.

Avrointeqrasiyanın Gürcüstan əhalisinin seçimi olduğunu deyən Pandjikidze 2012-ci ildə keçirilən seçkilərdə bu kursun dəstəkləndiyini xatırladıb.

Xatırladaq ki, dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasniyanı istefaya göndərib. O, Rusiyanın xeyrinə hərəkətlərdə və Müdafiə Nazirliyində satınalınmalarla əlaqədar ciddi qanun pozuntularında ittiham olunur. Alasaniyanın istefasından dərhal sonra avropa və avroatlantik inteqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili istefasını elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm