Dünya
“Sultan Səlim bizi 500 ildir bura növbətçi qoyub” - Türkman Dağından reportaj
Suriyada bir sıra qruplar kimi Azərbaycan türklərinin bir qolu olan türkmanlar da silaha sarılıb.
Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti soydaşlarımızın silahlı mübarizə apardığı Türkman dağından reportaj hazırlayıb.
Azad Suriya Ordusu, Əhraru Şam, Ənsar, Ən-Nusra cəbhəsi... Suriyada
daxili savaş başlayandan sonra müxalifət bu adlar altında müxtəlif
qruplara bölünüb və fərqli bölgələrdə müharibə aparır. Suriyada,
demək olar, hər kəs silaha sarılıb. Silahlanan qruplardan biri də
türkmanlardır. Şam, Hələb və Lazkiyada 3,5 milyona qədər türkman
yaşayır. Onların bir hissəsi Suriya müharibəsindən sonra Türkiyəyə
köçüb. Qadın və uşaqlarını Türkiyəyə göndərən kişilərin çoxu
Türkman Cəbhəsində savaşa başlayıb. Onların ən önəmli mövqelərindən
biri Türkiyə sərhədləri yaxınlığındakı Türkman Dağı bölgəsidir.
Sağ tərəfdə min illərlə yaşı olan qədim Kürd dağı, arxa tərəfdə Əsəd rejiminin əlində olan Keseb qəsəbəsi, onun yanında isə Ələvi dağı var. Türkmanların olduğu Türkman Dağı təqribən min ildir Bayırbucaq türkmanlarının yurdu kimi tanınır. Suriyada daxili savaş başlayandan sonra kəndlər, qəsəbələr boşalıb. Eyni mənzərə Türkman Dağı bölgəsində də yaşanır.
Türkiyənin Türkman Dağına açılan sərhəd qapısından çıxıb Bayırbucaq
bölgəsinin girişinə gəldikdə, dəlik-deşik sərhəd qapısı ilə
rastlaşırsan. Adi növbətçi postunda əlində “Kalaşnikov” avtomatı
tutaraq gözləyən əsgərlər buranın “bufer zonası” olduğunu
deyirlər.
Bura həm də suriyalı türkmanların Türkiyəyə girməsi üçün istifadə edilən qapıdır. Qapıda duran əsgər “burdan Türkiyəyə ziyan gəlməsin deyə durmuşuq” deyə gözlədiklərini bildirir.
Türkman Dağı müharibə dəhşətləri ilə üz-üzə qalıb. Bölgədə partlamamış yüzlərlə mina, bombardman nəticəsində dağılmış məktəblər, evlər insanı vahiməyə salır.
Əhalisi çox olmayan Bayırbucaq türkmanları həm cəbhədə, həm də siyasətdə parçalanıblar. Onlar Əsəd dönəmində türkmanların başına gələnlərdən, işgəncə dəzgahlardan, səhranın ortasındakı həbsxanalardan elə danışırlar ki, insanın ağılı başından çıxır.
Türkman Cəbhəsinə liderlik edən Əbu Fadıl Türkiyəni özləri qədər
sevdiklərini deyir: “Biz eyni millətik. Sultan Səlim bizi burda
növbətçi qoyub. 500 ildir növbətçiliyimiz davam edir. Əslində, biz
burda Türkiyə sərhədini qoruyuruq. Türkman Dağında havalar çox
soyuq olur, daim yağış yağır. Amma nə etmək olar. Müharibədir,
gərək dözək”.
Onun sözlərinə görə, Əsəd gücləri türkmanların yaşadığı bölgələrə
hər gün bombalar yağdırır. Onlar bu bölgənin qorunan bölgələr
siyahısına daxil edilməsini istəyirlər.
Suriyanın bir çox yerlərində olduğu kimi burda da qida və enerji
problemi davam edir. Türkman Dağında elektrik yoxdur. Elektrik
verilnəsi generatorlar, yaxud maşın akkumlyatorları ilə təmin
edilir. Amma generator üçün lazım olan yanacağı tapmaq çox
çətindir. Deyilənlərə görə, kəndlərdə yanacaq qram-qram
satılır.
Sınıq-salxaq yanacaqdoldurma məntəqələrinin birinin üzərinə “Kəlmeyi Tevhid” yazılan bayraq asılıb. İŞİD də bu bayraqdan istifadə edirmiş. Amma türkman cəbhəsinin üzvləri İŞİD-i ötən il bölgədən silahla vurub çıxardıqlarını deyirlər.
“Burda İŞİD yoxdur. Bayrağın üzərinə “Kəlmeyi Tevhid” yazıldığı
üçün endirməyə əlimiz gəlmədi”, - deyə onlar bildirir.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü