Şok iddia: Səfirlər rəsmi Tiflisə qarşı “üsyan”a hazırlaşır
Bizi izləyin

Dünya

Şok iddia: Səfirlər rəsmi Tiflisə qarşı “üsyan”a hazırlaşır

“Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsi Rusiyanın planı idi”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə gürcü politoloqu Xatuna Laqazidze bildirib.

“Bu, Rusiyanın əməliyyatı kimi düşünülmüşdü. İrakli Alasaniyanın istefaya göndərilməsi NATO ilə birgə təşəbbüsləri azaldacaq", - deyə X.Laqazidze vurğulayıb.

Xatırladaq ki, dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərib. O, Rusiyanın xeyrinə hərəkətlərdə və Müdafiə Nazirliyində satınalınmalarla əlaqədar ciddi qanun pozuntularında ittiham olunur. Alasaniyanın istefasından dərhal sonra Avropa və Avroatlantik inteqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili istefasını elan edib. Bu gün isə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maya Pandjikidze istefa verib.

Yayılan qeyri-rəsmi məlumatlara görə, Gürcüstanın Avropa dövlətlərindəki 12 səfiri istefa vermək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm