Dünya
Putinin yaxın silahdaşının oğlu faciəli şəkildə öldü
Rusiya Federasiyası prezidentinin administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində həlak olub.
Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Vneştorqbank”ın İdarə Heyətinin keçmiş sədr müavini A.İvanovun faciəli ölümü dənizdə oğlu ilə çimdiyi zaman baş verib.
Bununla belə hadisənin səbəbinin təfərrüatları açıqlanmır. "Vneştorqbank”ın nümayəndəsi rəsmi məlumatın bu gün açıqlanacağını deyib.
A.İvanovun həlak olması haqqında xəbər artıq bir neçə gün idi ki, sosial şəbəkələrdə müzakirə edilirdi. “Serqey İvanov MOİK-in basketbol matçlarını izləməyi sevirdi. Bu gün xəbəri eşidən kimi oyunun yarısından getdi", - deyə bloger Kadenikov səhifəsində yazıb.
Otuz yeddi yaşlı A.İvanov dünya iqtisadiyyatı ixtisasına yiyələnib. O, 2002-2006-cı illərdə VTB-də işlədikdən sonra “Vneştorqbank”a keçib.
Qeyd edək ki, A.İvanov 2005-ci ildə idarə etdiyi maşını ilə 68 yaşlı təqaüdçünü vuraraq öldürüb. Altı ay davam edən istintaq zamanı iki şahidin yoxa çıxması xeyli söz-söhbətlərə səbəb olub. Yoxa çıxanlardan birinin qohumları deyiblər ki, o, təqaüdçünün işıqforun yaşıl işığında yolu keçdiyini görüb. Bundan başqa, hadisə yerinə gələn iki təcili yardım maşınının biri də itib. Nəhayət, ilin sonunda cinayət işinə xitam verilib. Ekspertizanın nəticəsinə görə, A.İvanov texniki baxımdan qəzanın qarşısını almaq imkanlarına malik olmayıb və ona bəraət verilib.
S.İvanov isə iddiaların əksinə olaraq, istintaqa təzyiq göstərmədiyini bildirib.
Prezident administrasiyası başçısının digər bir oğlu “Qazprom” bankının top-meneceridir.
Ömər Dağlı
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb