Suriyada 257 jurnalist öldürülüb
Bizi izləyin

Dünya

Suriyada 257 jurnalist öldürülüb

Suriyada vətəndaş müharibəsi başlayandan indiyə qədər 257 jurnalist və media işçisi həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın Jurnalist Assosiasiyası məlumat yayıb.

Hüquq müdafiəçiləri təkcə oktyabr ayında 7 media fəalının öldürüldüyünü bildirir. Onlardan biri hökumətin nəzarət mərkəzində işgəncələrin qurbanı olub. Digərləri isə İŞİD yaraqlıları tərəfindən öldürülüb.

Ölənlər arasında 24 yaşlı Məhəmməd Əlqasım da var. O, idlib vilayətində maşının silahlı şəxslər tərəfindən hədəf alınması ilə qətlə yetirilib.

Onun çalışdığı Rozana radiosunun baş redaktoru Lina Çavafın dediyinə görə, Məhəmmədin nə üçün və kim tərəfindən öldürüldüyü məlum deyil.

Avropa donorları tərəfidən maliyyələşdirilən Rozana radiosunun Suriyada 70 jurnalisti fəaliyyət göstərir. İŞİD 3 Rozana jurnalistini ələ keçirib. Onların iksi bir ildən artıqdır giorov saxlanılır.

İslamçı ekstremistlər və prezident Əsədin gizli polis işçilərinin müstəqil medianı sudurmaq cəhdləri jurnalistlərin təhlükəsini artırıb.

Amerikalı Ceyms Foli və Stiv Sotloffun başının kəsilməsindən sonra isə beynəlxalq media təşkilatları Suriyaya jurnalist göndərməyə cəsarət etmir.

Jurnalistlərin öldürülməsi ilə yaranan boşluqları Suriyanın vətəndaş jurnalistləri doldurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm